Nəzarət tədbirləri çərçivəsində “Besting” MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kiloqram qatılaşdırılmış süd məhsulundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq, məhsul partiyası məhv edilib.