26 C
Baku
Saturday, July 27, 2024

İdxal olunmuş xörək duzunda yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb

“İnovax General Trading” MMC tərəfindən Pakistan İslam Respublikasından idxal olunmuş “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22.29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər