“İnovax General Trading” MMC tərəfindən Pakistan İslam Respublikasından idxal olunmuş “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22.29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.