9 C
Baku
Thursday, December 12, 2024

İdxal və ixrac ilə məşğul olan şirkətlər azalıb

2021-ci ildə xarici ticarət ilə məşğul alan şirkətlərin sayı azalıb.

Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı 19 azalaraq 3 250-ə düşüb. 2020-ci ildə 3 269 hüquqi şəxs xarici ticarət iştirakçısı idi.

2021-ci ildə xarici ticarət iştirakçısı olan dövlətə məxsus hüquqi şəxslərin sayı 9 şəxs azalaraq 98-ə, özəl süktor hüquqi şəxslərin sayı isə 10 şəxs azalaraq 3 152-ə geriləyib.

2020-ci illə müqayisədə 2021-ci ildə xarici ticarət iştirakçılarının cəmi sayı 1 402 şəxs azalaraq 7 865 şəxs olub.

Son xəbərlər
Digər xəbərlər