-1 C
Baku
Saturday, February 22, 2025

İdxal və ixracla məşğul olan şirkətlərin sayı 400-dən çox artıb

2025-ci ilin yanvar ayında xarici ticarət iştirakçılarının sayı 590 şəxs artaraq 11 189 şəxs olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 6 396, hüquqi şəxslərin (şirkətlərin) sayı 4 793 olub. Hüquqi şəxslərin 4 712-si özəl sektordan, 81-i  dövlət sektorundan olub.

Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 168 şəxs, hüquqi şəxslərin sayı isə 422 şəxs artıb, o cümlədən dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 11 şəxs azalıb, özəl sektordan isə 433 şəxs artıb.

Ötən il xarici ticarət iştirakçılarının sayı 10 599, o cümlədən fiziki şəxslərin sayı 6 228, hüquqi şəxslərin sayı 4 371 olmuşdur. Hüquqi şəxslərin 4 279-u özəl sektordan, 92-si dövlət sektorundan idi.

Son xəbərlər
Digər xəbərlər