9 C
Baku
Wednesday, December 18, 2024

İdxalçı şirkətin mənfəəti kəskin düşüb

Ölkədə armatur məhsullarının ixracatçısı kimi çıxış edən “Almet Baku” Açıq Səhmdar Cəmiyyəti keçən ili 153 min manat xalis mənfəət əldə etməklə, mənfəətindəki son illərdəki azalma tendensiyasını davam etdirib.

Banker.az xəbər verir ki, 2020-2022-ci illər ərzində müvafiq olaraq 2 milyon 117  min, manat, 2 milyon 604 min manat və 1 milyon 8 min manat xalis mənfəət əldə etmişdi.

“Almet Baku” (Əvvəlki “Almet Trading Baku” QSC) orta hesabla, ölkədə 25 000 ton polad ehtiyatına malikdir və ölkədə armatur, sinklənmiş vərəqə və məftil (katanka) ticarəti üzrə idxalçılardan biridir.

Keçən il ərzində şirkət fəaliyyət istiqamətindən 11.666 milyon manat gəlir götürdüyü halda, 10.132 mln. manat satışların maya dəyəri üçün xərc çəkib. Bu da ümumi mənfəətinin 1.534 mln. manat olmasına səbəb olub.

Son açıq mənbəyə görə, “Almet Baku” nizamnamə kapitalının 90% Rüstəmov Rüfət Telman oğluna və 10% Orucov Elxan Əlisaab oğluna məxsusdur.

Keçən il şirkət yeni buraxacağı istiqrazları iki il müddətinə və 13%-lik gəlirlə 2 mln. manatlıq vəsait cəlb etmək istəsə də, Bakı Fond Birjasında bu məsələ baş tutmayıb.

4534534

Son xəbərlər
Digər xəbərlər