Qlobal qeyri-müəyyənlik fonunda idxal asılılığı
Təchizat zəncirlərində riskləri azaltmağa çalışan bir çox ölkə üçün idxal asılılığı xarici siyasətin əsas məsələlərindən birinə çevrilib.
Əsas diqqət mərkəzində kritik minerallar və qabaqcıl yarımkeçiricilər dayanır. Bundan əlavə, Avropa ölkələri Rusiya neftindən asılılığı azaltmaq üçün bərpa olunan enerji mənbələrini sürətlə inkişaf etdiriblər. Ümumilikdə, Avropa İttifaqı (Aİ) ölkələrində idxal ÜDM-in 46%-ni təşkil edir.
Honq-Konq dünyada ən yüksək idxal-ÜDM nisbətinə malikdir — 178%. Bu, əsasən onun böyük re-eksport mərkəzi kimi rolu ilə bağlıdır.
Re-eksport edilən malların yarıdan çoxu Çindən gəlir və Honq-Konq vasitəsilə dünyanın digər ölkələrinə göndərilir. Ümumilikdə, Honq-Konqun re-eksportunun dəyəri yarım trilyon dolları ötür.
Sinqapur da 144% idxal-ÜDM nisbəti ilə əsas re-eksport (entrepot) iqtisadiyyatlarından biridir.
Eyni zamanda, Kipr, Kuba və Tayvan kimi ada ölkələri məhdud daxili istehsal səbəbindən daha çox idxaldan asılıdırlar. Kubada ərzağın 80%-ə qədəri idxal olunur, əsasən Niderland və İspaniyadan.
Bundan əlavə, Tayvan enerji baxımından idxaldan ciddi asılıdır; onun neftinin böyük hissəsi Yaxın Şərqdən gətirilir. Ölkə həmçinin yarımkeçirici istehsalında mühüm xammal olan neft törəmələrini Rusiyadan milyardlarla dollar həcmində idxal edir.
Şimali Amerikada ən yüksək idxal-ÜDM nisbəti Meksikaya məxsusdur — 38%, ardınca Kanada gəlir — 33%. 2024-cü ildə 3,4 trilyon dollar həcmində idxal qeydə almasına baxmayaraq, ABŞ iqtisadiyyatının böyük ölçüsü və müxtəlif daxili istehsal imkanları səbəbindən qlobal miqyasda altıncı ən aşağı idxal asılılığına malikdir — 14%.
Siyahının sonunda isə Sudan (1%) və Venesuela (9%) yer alır. Bu ölkələrdə davam edən böhranlar və korrupsiya ticarət axınlarını ciddi şəkildə pozub.
İdxaldan ən çox asılı olan ölkələr aşağıdakılardır:
1. Honq-Konq — 178%
2. Luksemburq — 160%
3. San-Marino — 155%
4. Sinqapur — 144%
5. Cibuti — 115%
6. Nauru — 111%
7. Seyşell — 103%
8. İrlandiya — 102%
9. Kiribati — 102%
10. Malta — 100%
11. Somali — 99%
12. Lesoto — 99%
13. Kipr — 93%
14. BƏƏ — 92%
15. Slovakiya — 86%
16. Şərqi Timor — 85%
17. Qırğızıstan — 84%
18. Vyetnam — 84%
19. Kuba — 82%
20. Marşall adaları — 82%
21. Palau — 80%
22. Belçika — 80%
23. Mavriki — 78%
24. Maldiv adaları — 78%
25. Ermənistan — 76%
26. Aruba — 76%
27. Estoniya — 75%
28. Sloveniya — 75%
29. Şimali Makedoniya — 75%
30. Livan — 74%
Qeyd edək ki, Azərbaycan reytinqdə 106-cı (37%), Türkiyə 133-cü (27%), Gürcüstan 60-cı (56%), Qazaxıstan 139-cu (26%), Rusiya isə 166-cı (18%) yerdə qərarlaşıb. Tam siyahı ilə burada tanış ola bilərsiniz.