18 C
Baku
Thursday, November 13, 2025

IEA 2025–2026-cı illərdə qlobal neft təklifi ilə bağlı proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ildə dünyada neft təklifinin artımı ilə bağlı proqnozunu gündəlik 140 min barel artırıb. Qurumun hesabatına əsasən, 2025-ci ildə qlobal neft təklifi gündəlik 3,1 milyon barel artaraq 106,3 milyon barel səviyyəsinə çatacaq.

2026-cı il üçün neft təklifi proqnozu gündəlik 100 min barel artırılıb. Nəticədə, gələn il qlobal təklif 2,5 milyon barel artaraq 108,7 milyon barel olacaq.

IEA qeyd edib ki, oktyabr ayında ümumi neft təklifi 440 min barel azalıb və 108,2 milyon barel təşkil edib. Bu azalma əsasən OPEC+ ölkələrində hasilatın 520 min barel azalması ilə bağlı olub. Azalmanın təxminən yarısı Qazaxıstanın payına düşüb, OPEC+ üzvü olmayan ölkələrin təklifi isə 80 min barel artıb.

Son xəbərlər
Digər xəbərlər