9 C
Baku
Sunday, November 17, 2024

IEA: 2030-cu ilə kimi Aİ ölkələrinin Rusiya qazından asılılığı sıfıra endiriləcək

2030-cu ilə kimi Avropa İttifaqı ölkələrinin Rusiya qazından asılılığı sıfıra endiriləcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyindən (IEA) bildirilib. Agentlik hesab edir ki, Avrozona qaz idxalçıları mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün yeni qurğular inkişaf etdirməklə yanaşı, mövcud qurğularla daşımaları maksimum dərəcədə artıracaqlar. “LNG idxalı 2022-27-ci illərdə illik orta hesabla 140 milyard kubmetr təşkil edəcək. Bu da Aİ-nin qeyri-Rusiya idxal tələblərinin demək olar ki, 60%-ni qarşılayır. Bunun 40 milyard kubmetri ABŞ-ın payına düşəcək. Norveçdən qaz idxalı illik təxminən 60 milyard kubmetrə qədər azalır. Əlcəzair və Azərbaycandan isə əlavə boru kəmərləri çəkiləcək”, – deyə IEA-nın açıqlamasında qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər