27 C
Baku
Saturday, July 27, 2024

IEA: “Azərbaycanın qaz hasilatı 35 mlrd. kubmetrə çatacaq”

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanın qaz hasilatı ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb.

Agentliyin bəlli olan siyasət ssenarisinə uyğun olaraq (STEP- Stated Policies Scenario) 2030-cu ildə Azərbaycanın qaz hasilatı 35 milyard kubmetrə çatacaq, 2050-ci ildə isə 24 milyard kubmetrə qədər azalacaq. IEA-nin elan edilən vədlər ssenarisinə uyğun olaraq (APS-Announced Pledges Scenario) Azərbaycanın qaz hasilatı üzrə 2030-cu il proqnozu ilə eyni olsa da, 2050-ci il üzrə 5 milyard kubmetr artıq, yəni 29 milyard kubmetr müəyyən edilib.

Agentliyin proqnozuna görə, 2030-cu ilə qədər Avropa İttifaqı ölkələrinin Rusiyadan qaz asılılığı sıfıra endiriləcək. Avrozona qaz idxalçıları mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün yeni qurğular inkişaf etdirməklə yanaşı, mövcud qurğularla daşımaları maksimum dərəcədə artıracaqlar. “LNG idxalı 2022-27-ci illərdə illik orta hesabla 140 milyard kubmetr təşkil edəcək. Bu da Aİ-nin qeyri-Rusiya idxal tələblərinin demək olar ki, 60%-ni qarşılayır. Bunun 40 milyard kubmetri ABŞ-ın payına düşəcək. Norveçdən qaz idxalı illik təxminən 60 milyard kubmetrə qədər azalır. Əlcəzair və Azərbaycandan isə əlavə boru kəmərləri çəkiləcək”,- deyə IEA-nın proqnozunda qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər