27 C
Baku
Wednesday, June 26, 2024

IEA: Azərbaycanla metan qazı ilə bağlı bəyannamələr imzalanacaq

COP 29 prezidenti Muxtar Babayevlə birlikdə metan emissiyasının azaldılması istiqamətində tədbirlər həyata keçirəcəyik.

Bunu “Bakı Enerji Forumu”nun birinci günündə çıxışı zamanı Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji Təchizatı Bölməsinin rəhbəri Kristof Makqleyd deyib.

“Bu tədbirlər fonunda metan qazı ilə bağlı xüsusi bəyannamələr imzalanacaq və görüləcək tədbirlərin reallığa çevrilməsi üçün addımlar atılacaq. Digər əməkdaşlıq istiqamətimiz isə investisiyaların aşağı emissiya yönündə istiqamətləndirilməsi, texnoloji avadanlıqlar istiqamətində investisiya proseslərinin gücləndirilməsi ilə bağlı olacaq”, – o qeyd edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər