Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.
Agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (-0,1 mln. ton) 3,2 mln. barelədək endirib.
Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 100,6 mln. barelə çatacaq.
“”Omicron” ştammının tələbata gözləniləndən daha yumşaq mənfi təsiri əsasən, ABŞ-da soyuq havanın yaratdığı əlavə istehlak və bəzi sənaye sektorlarında qazdan neftə keçidin davam etməsi ilə kompensasiya edilib”, – hesabatda qeyd olunur.