11 C
Baku
Sunday, November 17, 2024

IEA enerji keçidinə investisiyaların 2030-cu ilə qədər təxminən üç dəfə artacağını gözləyir

Qlobal istiləşməni 1.5 dərəcə ilə azaltmaq və kifayət qədər enerji təchizatını təmin etmək üçün dünyanın 2022-ci ildə enerji keçidinə 1.4 trilyon ABŞ dolları xərclənəcəyi, 2030-cu ilə qədər isə bu vəsaitin 4 trilyon ABŞ dollardan çox olacağı gözlənilir.

“Enerji ilə əlaqəli CO2 emissiyaları 2021-ci ildə rekord həddə çatıb. Təmiz enerji texnologiyalarına yatırılan investisiyaların həcmi isə hələ də əsrin ortalarınadək emissiyaları sıfıra endirmək üçün tələb olunandan xeyli aşağıdır.

Eyni zamanda, son illərdə investisiyaların azalması bəzi neft və qaz hasilatçılarının rekord yüksək qiymət şəraitində belə, bugünkü tələbatı ödəmək üçün hasilatı sürətlə artıra bilməməsinə gətirib çıxaracaq”, – F.Birol bildirir.

O, də təmiz enerji mənbələrinə keçidə investisiyaların artdığını vurğulayır. 2015-ci il Paris Sazişindən sonrakı 5 il ərzində təmiz enerji mənbələrinə investisiyalar ildə cəmi % artıb. Bununla belə, günəş və külək enerjisinə xərclərin artması səbəbindən bu göstərici 2020-ci ildən sonra illik 12 %-dək yüksəlib. 2021-ci il dəniz külək enerjisi üçün də rekord ili kimi yadda qalıb.

“Kiçik mənbədən qaynaqlansa belə aşağı emissiyalı hidrogen, yeni batareya texnologiyaları və karbon tutma, istifadə və saxlama (CCUS) kimi inkişaf etməkdə olan digər sahələrdə güclü təkan var. Məsələn, 2021-ci ildə 20 ölkədə 130-a yaxın kommersiya miqyaslı karbon tutma layihəsi planlaşdırılıb, 6 CCUS layihəsi isə yekun investisiya üçün təsdiqlənib. Ukraynadakı müharibə xüsusilə Avropada aşağı emissiyalı hidrogenə siyasi dəstəyi gücləndirib. Akkumulyator toplayıcılara investisiyalar yeni yüksək səviyyələrə çatır və 2022-ci ildə iki dəfə artacağı gözlənilir.

Lakin bu investisiyalar daha çox inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə və Çində cəmləşib. Formalaşmaqda olan bazarlara malik bir çox ölkələr və inkişaf etməkdə olan ölkələr, xüsusən də Afrika ölkələri, təmiz enerji mənbələri üçün ehtiyac duyduqları investisiyaları və maliyyəni cəlb edə bilmir ki, bu da onsuz da narahatlıq doğuran fərqi daha da artırır. Çin istisna olmaqla, formalaşmaqda olan bazarlara malik ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji məmbələrinə çəkilən xərclər 2015-ci il səviyyəsində qalıb, yəni Paris Sazişindən sonra artmayıb. Təmiz enerjinin dəyərinin düşməsi o deməkdir ki, bu vəsait daha da irəli gedir, lakin ildə cəmi təxminən 150 milyard ABŞ dolları – inkişaf etməkdə olan ölkələrdə artan enerji tələbatını davamlı şəkildə ödəmək üçün lazım olandan xeyli azdır”, – F. Birol bildirib.

IEA-nın icraçı direktoru hesab edir ki, bu ölkələrdə davamlı enerji layihələri üçün onsuz da məhdud olan dövlət vəsaitləri COVID-19 pandemiyasından sonra daha da azalıb: “Siyasi çərçivə əsasən zəifdir, iqtisadi perspektiv qeyri-müəyyəndir və borclanma xərcləri artır”.

F. Birol hesab edirlər ki, pandemiya baş qaldırdıqdan sonra, elektrik enerjisinə çıxışı olmayan afrikalıların sayı artıb və bu, son dərəcə kritik cəbhədə illərlə əldə edilmiş nailiyyətlərin üstündən xəttə çəkib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər