5 C
Baku
Thursday, February 29, 2024

IEA: “OPEC+” ölkələri neft hasilatını artırıb

Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri sentyabrda avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 450 min. barel artıraraq, 36.38 mln. barelə endiriblər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.

Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi sentyabr ayında gündəlik 36.38 mln. barel hasil edib, avqust ayında isə bu göstərici 35.93 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 450 mln. barel artıb. Eyni zamanda, alyans üzrə kvota göstəricisi (36.92 mln. barel) ilə real gündəlik hasilat arasında fərq 0.54 mln. barel təşkil edib.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1.4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər