-3 C
Baku
Sunday, December 15, 2024

IEA: Qlobal gündəlik neft tədarükü daha da azalacaq

Fars körfəzi ölkələrinin “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilatı azaltmağa başlamasından sonra bu ilin noyabrında qlobal gündəlik neft tədarükü beş ayda ilk dəfə 190 min barel azalıb.

“Qlobal gündəlik neft tədarükü, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin “OPEC+” razılaşması üzrə yeni kvotalar çərçivəsində tədarükü azaltmasından və beş aylıq artımdan sonra 190 min azalaraq 101.7 mln. barel olub”, – hesabatda bildirilir.

Qeyd olunur ki, dekabrda Rusiya neftinin Avropa İttifaqına tədarükünə qoyulan embarqo və G7 ölkələrinin qiymət limitini tətbiq etməsi fonunda tədarükün daha da azalması gözlənilir.

Dekabrın 4-də OPEC+ sazişinin iştirakçısı olan ölkələr 2022-ci ilin noyabrından 2023-cü ilin sonuna qədər gündəlik hasilatın 2 mln. barel azaldılmasını nəzərdə tutan cari neft hasilatı planını saxlamaq qərarına gəliblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər