9 C
Baku
Friday, December 13, 2024

IEA: Qlobal kommersiya neft və neft məhsullarının ehtiyatları azalır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları cari ilin oktyabrda sentyabr ayı ilə müqayisədə 21,2 mln. barel azalaraq beşillik orta göstəricidən 243 mln. barel aşağı düşüb.

Oktyabr ayında 2,737 mln. barel səviyyəsində olan qlobal neft ehtiyatları 2016-2020-ci illərin orta göstəricisindən 243 mln. barel aşağı olub.

Qeyd olunur ki, noyabr ayı üçün olan ilkin məlumatlara əsasən, ehtiyatların daha 23 mln. barel azalacağı gözlənilir.

Qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər