Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal ortalama gündəlik neft hasilatı ilə bağlı 2023-cü il üzrə proqnozunu artırıb.
Bu barədə Agentliyin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə gündəlik hasilatın 101,3 mln. barelədək yüksələcəyi gözlənilir.
Yanvarda IEA 2023-cü ildə qlobal gündəlik neft hasilatının 101,1 mln. barel olacağını ehtimal edirdi.