7 C
Baku
Thursday, December 12, 2024

IEA qlobal neft tələbatı üzrə proqnozunu pisləşdirib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 0,3 mln. barel azaldıb.

Beləliklə, bu il neftə olan gündəlik tələbat 5,5 mln. barel artaraq 96,6 mln. barel təşkil edəcək.

Hesabata görə, agentlik proqnozunu koronovirusa yoluxanların sayının artması ilə bağlı azaldıb. Lakin əhalinin genişmiqyaslı peyvəndlənməsi və işgüzar fəallığın artması 2021-ci ilin ikinci yarısında qlobal neft tələbatını stimullaşdıracaq.

IEA-nın proqnozuna görə, tələbatdakı canlanmanın yavaşlamasına yanacaq bazarına mənfi təsir göstərən bir sıra ölkələrdə tətbiq olunan lokdaunlar təsir göstərəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər