Beynəlxalq Enerji Agentliyi (IEA) 2022 və 2023-cü illər üçün qlobal neft tələbatı ilə bağlı proqnozunu bir qədər yüksəldərək, müvafiq olaraq gündəlik 99.8 milyon və 101.4 milyon barel səviyyəsində müəyyən edib.
Agentliyin oktyabr ayında verdiyi proqnozda 2022-ci ildə tələbin gündəlik 1.9 milyon barel artaraq 99.6 milyon barelə və 2023-cü ildə isə 1.7 milyon barel artaraq 101.3 milyon barelə yüksələcəyi bildirilirdi.
“2022 və 2023-cü illər üçün ümumi tələbat artımı müvafiq olaraq gündəlik 2.1 milyon və 1.6 milyon barel səviyyəsində proqnozlaşdırılır. Ötən ayın hesabatı ilə müqayisədə bu il üçün artım təxminləri gündəlik 180 min barel artırılıb. Bu, əsasən, Çində mövcud tələbə yenidən baxılması ilə bağlıdır. Gələn il üçün proqnoz isə gündəlik 40 min barel azaldılıb”, – hesabatda qeyd olunur.