Beynəlxalq Enerji Agentliyi (IEA) bu il dünyada neftə tələbin artımını sutkada 737 min barrel (b/s) səviyyəsində proqnozlaşdırır. Bu, agentliyin sentyabr hesabatında qeyd olunur. Bir ay əvvəl IEA analitikləri göstəricini 685 min b/s səviyyəsində qiymətləndirmişdilər ki, bu da yeni proqnozdan 52 min b/s azdır.
“Hesabat dövründə neft qiymətlərinin nisbətən aşağı olması və iqtisadi perspektivlərin bir qədər yaxşılaşması bir sıra inkişaf etmiş ölkələrdə neftin ‘sabit’ tədarükündə əks olunub”, – deyə hesabatda bildirilir.
İyul ayında müşahidə olunan qlobal neft ehtiyatları ardıcıl altıncı ay da artaraq 26.5 milyon barel çoxalıb və 7.862 milyard barrelə çatıb. Bununla belə, ehtiyatlar hələ də son beş ilin orta göstəricisindən 67 milyon barel azdır.
Agentlik analitiklərinin qiymətləndirməsinə görə, gələn il neftə tələbin artımı sutkada 698 min barel olacaq (əvvəlki proqnoz – 699 min b/s).
Ümumilikdə, 2025-ci ildə neftə qlobal tələb 103.87 milyon b/s (əvvəlki proqnoz – 103.74 milyon b/s), 2026-cı ildə isə 104.57 milyon b/s (əvvəlki proqnoz – 104,44 milyon b/s) səviyyəsində qiymətləndirilir.