9 C
Baku
Sunday, November 17, 2024

IEA Rusiya qazının Avropadan Asiyaya tam yönəldilməsinin vaxtını təxmin edib

Rusiya Federasiyasına Asiyaya qaz tədarükünü 2021-ci ildə Avropa İttifaqına 155 mlrd. kubmetrlik ixrac həcminə yaxın səviyyəyə çatdırmaq üçün ən azı on il lazım olacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair rüblük hesabatında deyilir.

“Bizim təhlilimiz göstərir ki, ən yaxşı halda Rusiyaya Asiya bazarlarına qaz tədarükünü 2021-ci ildə Avropa İttifaqına ixracın həcminə (155 mlrd. kubmetr) yaxın səviyyəyə çatdırmaq üçün ən azı on il vaxt lazımdır”, – Agentlik qeyd edib.

BEA-nın analitikləri izah edirlər ki, Rusiyanın Avropada onun qazından mərhələli şəkildə imtina olunması ilə əlaqədar Asiya bazarlarına boru kəmərləri qazının və mayeləşdirilmiş təbii qazın tədarükünü artırır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər