27 C
Baku
Sunday, July 21, 2024

IEA: Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər $190 mln. azalıb

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir ki, Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir may ayı ilə müqayisədə 190 milyon dollar azalaraq 16.7 milyard dollar olub. Neft satışından əldə olunan gəlirlər may ayında 11.02 milyard dollardan iyunda 10.97 milyard dollara, neft məhsullarının satışından isə 5.84 milyard dollardan 5.7 milyard dollara qədər azalıb.

Materialda deyilir ki, iyunda neft və neft məhsullarının ixracı sutkada 160 min barel azalaraq 7.55 milyon barel olub. IEA qeyd edir ki, iyun ayında Türkiyə, Çin, Hindistan və Yaxın Şərqə ixrac həcmi sutkada 100-400 min barel azalıb. Eyni zamanda, adı açıqlanmayan istiqamətlərə tədarüklər sutkada 900 min barel artıb.

Agentliyin məlumatına görə, neft hasilatı may ayında gündəlik 9.24 milyon barelə müqayisədə iyunda sutkada 9.22 milyon barel təşkil edib. Maye istehsalı may ayında sutkada 10.64 milyon bareldən iyunda 10.62 milyon barelə düşüb.

Son xəbərlər
Digər xəbərlər