14 C
Baku
Thursday, May 2, 2024

IELTS-ə hazırlaşmaq üçün ən yaxşı kitablar

IELTS imtahanını keçmək üçün uzun və səylə çalışmaq lazımdır. Test tapşırıqları və imtahanın quruluşu kifayət qədər çətindir. Məhz buna görə də IELTS hazırlığı üçün olan çoxsaylı təlim kursları bugün böyük rəğbətlə istifadə olunur və onlarla siz nəinki nizamlı şəkildə testləri mənimsəyə, hətta zəruri təcrübi hazırlığı da keçə bilərsiniz.

Lakin bu kurslar heç də hamı üçün əlçatan deyil, bir çoxları imtahana müstəqil hazırlaşmağı üstün tuturlar, daha çətin tapşırıqlara daha çox vaxt ayırırlar və öz bilik və bacarıqları əsasında hazırlaşırlar. Əgər siz IELTS imtahanına müstəqil hazırlaşmağa qərar vermisinizsə imtahanın hər bir bölməsinə hazırlıq  barədə tövsiyələri oxuya bilərsiniz.

İmtahana müstəqil hazırlaşmağa qərar vermisinizsə düzgün kitab seçimi artıq uğurun yarısı deməkdir. Çoxsaylı ixtisaslaşmış dərsliklər içərisində təhsil üzrə ekspertlər və imtahana artıq müstəqil hazırlıq yolunu keçmiş şəxslər tərəfindən məsləhət görülən kitablar var.

  1. “Insightinto IELTS”, Vanessa Jakeman and Clare McDowell

 

Insight into IELTS – Kembric nəşriyyatının bir neçə tirajda çap etdirdiyi kitablar imtahana tam müstəqil hazırlıq vasitəsi kimi özünü doğrultmuşdur. Kitablar IELTS-ə daxil olan bütün növ test imtahanlarına hazırlaşmaq üçün materialları, düzgün cavablarla birlikdə tapşırıqları, həmçinin audio hazırlıq üçün CD diskləri özündə birləşdirir.

 

  1. “IELTS imtahanını necə verməli” E.P.Protasen

Bu kitab IELTS imtahanını keçmək üçün ilkin mərhələyə tamamilə uyğundur. Kitabı oxuyaraq bütün testləri uğurla yazmaq üçün tez-tez rast gəlinən tapşırıqları və riayət edilməli olan strategiyanı, imtahanın strukturunu anlamaq asan olacaq. Bundan əlavə, kitab imtahan öncəsi mütləq bilməli olduğunuz IELTS tapşırıqlarında, xüsusilə də Reading bölməsində az rast gəlinən və qeyri-adi sözlərdən ibarət kiçik lüğətlə təchiz edilmişdir.

 

  1. “101 Helpful Hints for IELTS”, Garry Adams

Bu vəsait IELTS-ə müstəqil hazırlaşmaq üçün ən yaxşı vasitələrdən hesab olunur. Kitab ideal strukturlaşdırılıb, test tapşırıqlarını daha yaxşı və daha asan keçmək üçün istifadə edilən imtahanı keçmə strategiyası və fəndləri haqqında danışır. Bundan əlavə, kitaba sizin hazırlıq səviyyənizə uyğun olaraq çətinləşən özünü yoxlama tapşırıqları da daxil edilib.

 

  1. “LongmanExams Dictionary”

Kitab IELTS tapşırıqlarında tez-tez istifadə olunan sözlər və terminlərdən ibarət lüğəti ehtiva edir. Belə ki, kitab yazılı və şifahi üslub arasında fərqi anlamaqda köməklik göstərir. Dərsliyə həm də dar çərçivəli bölmələr daxildir: Writing Guide (ingilis dilində yazılı tapşırıqların Britaniya standartlarını anlamaq), Topic activator (IELTS-də tez-tez rast gəlinən mövzulardakı söz bazasının genişləndirilməsi), Essay activator (ingilis dilində inşa yazma prinsipləri). Həmçinin kitab insanların istifadə edərkən ən çox səhv etdikləri sözlərə aydınlıq gətirir.

 

  1. “CambridgeIELTS Practice Tests 1-9”

Hazırlıq zamanı bu seriyadan olan kitabların istifadə edilməsi sizə yazılı test formatlarını mənimsəməkdə və hazırlaşmaqda köməklik edəcək. Bu dərsliklərin keçmiş IELTS imtahanlarında istifadə olunmuş materiallardan təşkil olunması da xüsusilə faydalıdır. İmtahan vaxtı onlara rast gəlmək artıq mümkün deyil, lakin bu kitablardakı materialları öyrənməklə sizi test imtahanı zamanı nələrin gözləyə biləcəyi haqqında tam təsəvvür formalaşacaq.

 

  1. “IELTS Practice Tests”,  Pearson  Longman kolleksiyası

Bu seriyadan olan iki kitab həqiqətən daha çox bal toplamaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Dərslik çox çətin testlərdən təşkil olunması ilə fərqlənir. Belə ki, əgər siz bu kitablardan ən azı 5.5 ballıq tapşırıqları yerinə yetirə bilirsinizsə, imtahanda bundan daha yüksək bal toplayacağınıza əmin ola bilərsiniz.

 

  1. “IELTS Preparation and Practice”, Oxford kolleksiyası

Bu seriyadan olan IELTS-ə hazırlıq kitabları imtahanın bütün bölmələrini əhatə edən çoxsaylı test çalışmaları nümunələrindən təşkil olunmuşdur. Bu dərslik IELTS imtahanı öncəsi mümkün qədər çox təcrübə yığmaq istəyənlərə daha münasibdir.

 

  1. “Cambridge Grammar for IELTS with answers”

Bu kitab digərlərindən imtahanın yalnız bir bölməsinə fokuslanması ilə fərqlənir. Bu məhz IELTS deyil, ingilis dili üzrə dərslikdir. Bu kitab ingilis dilinin qrammatikasını yaxşılaşdırmaqla testi yüksək balla yazmağa kömək edəcək.

 

  1. “Cambridge Vocabulary for IELTS with answers”

Dərslik söz ehtiyyatının genişləndirilməsinə, terminlərin imtahanda mütləq düşəcək xüsusi leksikanın mənimsənilməsinə köməklik göstərəcək.

 

  1. “Cambridge Common mistakes at IELTS intermediate”

IELTS imtahanına hazırlıq təkcə tapşırıqların yerinə yetirilməsindən deyil, həm də imtahan strukturunun və xüsusiyyətlərinin mənimsənilməsindən ibarət olmasını xatırlamaq vacibdir. Çox vaxt insanlar bəzi “sualtı daşlara” hazır olmadıqları üçün yüksək bal toplaya bilmirlər. Bu vəziyyətlərdə başqalarının səhvləri üzərində öyrənmək ən yaxşısıdır. Bu kitab IELTS testləri yazılarkən ən çox edilən səhvlərdən bəhs edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər