24 C
Baku
Thursday, September 29, 2022

IFC Azərbaycanda CLARA alətini təqdim edəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda pul vəsaitlərinin axınına əsaslanan aqrar risklərin qiymətləndirilməsi alətini (CLARA) təqdim edəcək.

Bu barədə IFC-nin baş mütəxəssisi Leyla Hüseynova Bakıda keçirilən VI İnvestorlar Yarmarkasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yeni alət Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin azaldılmasına kömək edəcək.

L. Hüseynova qeyd edib ki, bu sahədə IFC Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə əməkdaşlıq etməyi planlaşdırır. Gələn həftə – oktyabrın 10-da təşkilat AMFA-ya daxil olan qurumlar üçün sözügedən alətin təqdimatını keçirmək niyyətindədir.

Son xəbərlər
Oxşar xəbərlər