18 C
Baku
Saturday, November 2, 2024

IFC: Azərbaycanda kiçik və orta biznes vəsait çatışmazlığı hiss edir

Azərbaycanda kiçik və orta sahibkarların vəsaitlərində çatışmazlıq 2-3 milyard dollar təşkil edir.

Bu barədə Bakıda “Girov qoyulan daşınan əmlaka kredit verilməsi” mövzusunda konfrans çərçivəsində keçirilən mətbuat konfransında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) böyük bank mütəxəssisi Qamar Salim deyib.

Onun sözlərinə görə, seminarda iştirakçılara Azərbaycanda daşınan əmlakı girov qoyan sahibkarlara kredit verilməsinə marağın yüksəldilməsinə imkan yaradan yeni yanaşmalar və mexanizmlər təklif ediləcək: “Azərbaycanda artıq lizinq kimi belə alət fəaliyyət göstərir. Bu sektoru inkişaf etdirmək vacibdir. Eləcə də biz girov qoyulan daşınan əmlaka kredit verilməsinə marağın artırılmasının bir neçə mexanizmini, o cümlədən faktorinq, debitor borclarının inkassasiyası, distribüterlərin və dilerlərin maliyyələşdirilməsini və s. təklif edirik”.

Bir neçə il əvvəl aparılan tədqiqatlar zamanı sahibkarların tələbatları ilə maliyyələşdirmənin real həcmi arasında 2-3 milyard dollar fərqin olduğu aşkar olunmuşdu. Mütəxəssis izah edib: “Bununla yanaşı, hazırda ölkədəki banklar bu çatışmazlığı örtmək üçün yetərincə maliyyə məhsulları və xidmətlər təklif etmirlər”.

Konfransın işində Yeni Zelandiyadan, Misirdən və İordaniyadan beynəlxalq ekspertlər, yerli maliyyə institutlarının mütəxəssisləri iştirak edirlər. Yanvarın 29-da və 30-da daşınan əmlakı girov qoyan sahibkarlara kredit verilməsi məsələsi üzrə maliyyə institutları üçün treninqlər təşkil olunacaq.

Trend.az

Son xəbərlər
Digər xəbərlər