“Azərbaycan ötən il həyata keçirilən islahatların sayına görə regionda ön sırada olub”.
Banker.az Reporta istinadla xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.
O, bu barədə Azərbaycanın Dünya Bankı Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirərkən danışıb.
“Bu il Azərbaycan MDB məkanında 2-ci, Mərkəzi Asiya və Qafqaz regionunda isə 3-cü ölkə olub”, – deyə IFC rəsmisi qeyd edib.
Prezident Administrasiyasının təmsilçisi Vüsal Şıxəliyev isə Azərbaycanda islahatların davam etdiriləcəyini, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılacağını qeyd edib.