22 C
Baku
Thursday, April 25, 2024

IFC iqtisadiyyatda özəl sektorun gücünün artması istiqamətində Azərbaycana kömək edəcək

Bu ilin aprel ayında “Doing Business” missiyası zamanı Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəsi çərçivəsində komissiyanın işçi qrupları üçün indikatorlarla bağlı metodoloji treninqlər təşkil olunacaq. Bunu “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı” mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, bununla yanaşı “Doing Business”ə aid olan daha dərin islahatları tələb edən, məsələn, müflisləşmə, xarici ticarət və düşər sahələrlə ixtisaslaşmış komandamızı cəlb etməyə planlaşdırırıq.

“Azərbaycanda islahat təşəbbüslərinə yardım etmək və daha effektiv dəyişikliklər üçün əlavə imkanlar əldə etmək məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası hökumətlə və maraqlı tərəflərlə məsləhətləşmələr aparır. Ən qabaqcıl dünya təcrübəsini ölkə üçün uyğunlaşdırılması vasitəsilə mühüm problemləri həll edə bilərik. Beynəlxalq Maliyyə Korporasiyası özəl sektorun iqtisadiyyatda gücünün artması istiqamətində Azərbaycana kömək edəcək”, – deyə A. Əzimova qeyd edib.

ONA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər