7 C
Baku
Thursday, December 12, 2024

IFC “MCB Lizinq” şirkətinə 3 milyon dollar həcmində kredit ayırır

Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kiçik və orta həcmli şirkətləri dəstəkləmək, onların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, həmçinin Azərbaycanda yeni iş yerlərini yaratmaq və iqtisadi artıma əlavə təkan vermək məqsədilə “MCB Lizinq” şirkətinə 3 milyon ABŞ dolları həcmində yardım göstərəcək.

IFC-dən bildiriblər ki, Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən, maliyyə vəsaitlərinə çıxış Azərbaycandakı təsərrüfat subyektlərinin üzləşdiyi ikinci ən böyük məsələdir. Lizinq xidmətləri təsərrüfat subyektlərinə tələbat yaranan əhəmiyyətli aktivlərin satın alınmasının maliyyələşdirilməsinə imkan yaratmaqla maliyyə alternativləri təminatına yardım edir.

“IFC-nin krediti “MCB Lizinq” şirkətinə kiçik sahibkarlıq subyektlərinə göstərdiyimiz lizinq xidmətlərinin miqyasının artırılmasına şərait yaradacaq və Azərbaycanda nümunəvi lizinq şirkətinə çevrilmək istiqamətində uzunmüddətli məqsədimizə çatmağa yardım edəcək”, – deyə “MCB Lizinq” şirkəti idarə heyətinin sədri Rəmal Cəfərov bildirib.

IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova qeyd edib ki, “MCB Lizinq” ilə əməkdaşlığımız daha kiçik şirkətlərə artıma davam gətirmək üçün ehtiyac duyduqları vəsait təminatına imkan yaratmaqda yardım edəcək.

Kredit, həmçinin IFC-nin cənub istiqamətində investisiyaları dəstəkləmək strategiyasının bir hissəsidir. “MCB Lizinq” şirkətinin əsas səhmdarı, Pakistanın üçüncü ən böyük özəl bankı və IFC-nin uzunmüddətli tərəfdaşı, beynəlxalq səviyyədə yeni bazarlarda fəaliyyətini genişləndirməkdə maraqlı olan “MCB Bank Pakistan” maliyyə qurumudur.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər