6 C
Baku
Sunday, December 15, 2024

İflas prosesində olan BOKT-a məxsus avtomobillər satışa çıxarıldı

İflas prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək. Bu barədə BOKT-un Banker.az-a daxil olan məlumatda qeyd edilib.

Məlumatda deyilir ki, maşınların siyahısı, eləcə də satış qaydaları və satışda iştirak etmək üçün ərizə forması https://www.azercredit.az/az/sale linkindən əldə edilə bilər.

Müraciətlər noyabrın 29-na qədər “Vijn Fond Azərkredit”in Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsində (“World Business Center” iş mərkəzi, 3-cü mərtəbə) yerləşən ofisinə təqdim edilə bilər və yaxud [email protected] е-poçt ünvanına göndərilə bilər.

Satış dekabrın 5-də qeyd edilən ünvanda olacaq.

Son xəbərlər
Digər xəbərlər