3 C
Baku
Saturday, December 14, 2024

İflas prosesində olan BOKT avtomobillərini topdan satacaq

İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-yə məxsus 5 ədəd işlənmiş minik nəqliyyat vasitələrinin topdansatışı həyata keçiriləcək.

Satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 16 oktyabr 2019-cu il tarixinədək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsndə yerləşən ofisinə təqdim edə və ya [email protected] e-poçt ünvanına göndətə bilərlər.

Nəqliyyat vasitələrinin minimum topdansatış qiyməti 58 500 manat olaraq müəyyənləşdirilib. Satış 23 oktyabr 2019-cu il tarixində keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər