6 C
Baku
Sunday, December 15, 2024

“İflic qərarlar”

Jack Knetch öz eksperimentində tələbələrinə bir fincan qəhvə verir və bundan sonra onlardan bu qəhvəni şokolad ilə dəyişməyə hazır olub-olmadıqlarını soruşur.

Tələbələrin 90%-i qəhvəni saxlamağa üstünlük verir və bunlar heç də şəkər xəstəliyindən əziyyət çəkənlər deyildi! Digər bir qrup tələbəyə isə şokolad verilmiş və bunu qəhvə ilə dəyişmək istəyib istəmədiklərini soruşmuşlar. Burada da təxminən 90% tələbə qəhvədən imtina edərək şokolada üstünlük vermişlər.

Professional jarqonda bu iflic qərarlar adlanır və onunla izah olunur ki, bəzən biz hər hansı bir qərar vermək həvəsində olmuruq. Əsas odur ki, necə varsa elə də qalsın.

Və hətta bu elə də yaxşı qərar olmasa da: iş artıq əvvəlki kimi məmnunluq qazandırmır; əməkdaşlarınız sizi qıcıqlandırır; şəxsi həyatınız qaydada deyil – hər şey darıxdırıcıdır və əsəblərə təsir edir. Bəs bunları düzəltməkdən imtina edib, rahatlıq və vərdiş üçün hər şeyi olduğu kimi saxlamaq olmazmı?

Sadəcə isti, ətirli qəhvəmi vermərəm! Sadəcə uzun müddətdir məni yuxusuz qoyan və həyat xoşbəxtliyimi əlimdən alan işdən çıxmaram! Heç kimə güzəştə getməyərək, əməkdaşlarla münasibəti düzəltməyə çalışmayacam! İnanılmaz dərəcədə axmaqlıqdır. Bəzən hər hansısa münasibəti davam etdirməkdənsə, ayrılmaq daha yaxşıdır.

Burada əsas məsələ hansı qərarın sizə nələrin qazandıracağını əvvəlcədən müəyyən etməyə çalışmaqdır.

Son xəbərlər
Digər xəbərlər