12 C
Baku
Sunday, November 17, 2024

IGB ilə ilk ayda nəql olunan qazın həcmi açıqlanıb

Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya istismarına başlanıldığı ilk ayda 90 mln. kubmetrdən artıq “mavi yanacaq” nəql edilib.

2022-ci il oktyabrın 1-dən noyabrın 1-dək kəmər vasitəsi ilə nəql edilən təbii qazın ümumi həcmi 95 mln. kubmetr (elektrik enerjisi ekvivalentində 1 mlrd. 105 mln. 908 min kVt/saat) təşkil edib.

Bildirilir ki, 182 kilometrlik qaz kəməri Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini Komotini və Stara Zaqora məntəqələrində birləşdirir və Bolqarıstanın Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1.57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib.

“Hal-hazırda interkonnektor vasitəsilə nəql edilən təbii qazın miqdarı Bolqarıstanın istilik mövsümünün əvvəlindən bəri daxili istehlakının təxminən 1/3 hissəsini təmin edir”, – məlumatda vurğulanır.

Qeyd edək ki, kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər