“Bolqarıstan hökuməti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara verilməsi üçün səyləri səfərbər edib, lakin layihənin tamamlanması üçün hələ çox iş görülməlidir”.
Bunu Bolqarıstan Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və rabitə naziri Xristo Aleksiyev, regional inkişaf və ictimai işlər naziri İvan Şişkov Yunanıstan-Bolqarıstan interkonnektorunun Bolqarıstan hissəsini yoxladıqdan sonra bildiriblər.
X.Aleksiev bildirib ki, Bolqarıstan dövləti bu layihəni başa çatdırmaq üçün tikinti podratçısına hərtərəfli dəstək göstərir: “Gördüyünüz kimi, bu, sadəcə, bir layihədir və mən iş proqramının icrası üçün dəqiq qrafik gözləyirəm”.
O, işlərin sürətlə tamamlandığını, həmçinin SCADA idarəetmə sisteminin işə salındığını deyib: “Şirkətin 1 milyard levdan çox kəsiri olduğu üçün çətin maliyyə vəziyyətindədir. Odur ki, şirkət tədarükləri ödəmək üçün kifayət qədər vəsaitə malik deyil. Təchizatçının hansı şirkət olması hazırda ən vacib məsələ deyil”.
İ.Şişkov isə hesab edir ki, hazırda ən böyük problem Yunanıstanla idarəetmə prosesini təmin edəcək kompüter əlaqəsinin yaradılmasıdır.
Xatırladaq ki, IGB interkonnektorunun 183 kilometri Bolqarıstan ərazisindən keçir.