4 C
Baku
Tuesday, December 24, 2024

IGB-nin ötürücülük gücünün artırmaq üçün gələn il modernizasiyasına başlanacaq

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) müstəqil operatoru (ICGB) gələn il kəmərin ötürücülük gücünü indiki 3 milyard kubmetrdən illik 5 milyard kubmetrə çatdırmaq üçün modernizasiya işləri aparmağı planlaşdırır.

İGB Qara dənizdən Türkiyəyə Rusiya kəmərləri (“Türk axını”nın sualtı xətti) tədarüklərə alternativ olaraq, Ukrayna və Moldova da daxil olmaqla Cənubi Avropaya boru kəməri tədarüklərini və mayeləşdirilmiş təbii qaz ixracını təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.

Bildirilib ki, rəsmi Brüssel Azərbaycana itirilmiş Rusiya həcmlərini əvəz etmək üçün tədarükləri artıracağına böyük ümidlər bəsləyir.

İCGB-nin bazar iştirakçılarına məcburi olmayan sövdələşmələr təklif etdikdən sonra gücün artırılmasında “əhəmiyyətli bazar marağı” yaranıb.

ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgieva və Yunanıstan üzrə icraçı direktoru George Satlas bildiriblər ki, enerji treyderləri və yükgöndərənlər əlavə tutum sifariş etməyi öhdəliyini götürdükləri zaman birləşmə mərhələsinin iyul ayında başlaması gözlənilir.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında istifadəyə verilən interkonnektorun artıq 39 qeydiyyatdan keçmiş istifadəçisi var və boru kəmərinin tutumunun böyük hissəsi artıq yeni “qaz ili” üçün rezervasiya edilib.

Bolqarıstanın Rusiyanın “Qazprom” şirkətinin şərtlərdəki dəyişikliyi rədd etməsindən və 2022-ci ildə tədarükünü dayandırmasından sonra, İGB boru kəməri hazırda Bolqarıstanın qaz ehtiyacının təxminən yarısını təmin edir.

ICGB-nin məlumatına görə, genişləndirmə layihəsi cari marşrut boyunca əlavə filtrasiya, isitmə, bərpa və ölçmə avadanlığının quraşdırılmasını, həmçinin müasir rabitə və idarəetmə sisteminin mövcud infrastruktura inteqrasiyasını əhatə edəcək. İşlər boru kəmərinin hər iki ucunda, xüsusilə Yunanıstanın Komotini şəhərindəki 1 saylı qazölçmə stansiyasında və Bolqarıstanın Stara Zaqora şəhərindəki 2 saylı stansiyada aparılacaq.

Operator bildirib ki, planlaşdırılan potensialın genişləndirilməsi Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandan olan ötürmə operatorlarının son iclası zamanı müzakirə edilib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər