27 C
Baku
Sunday, April 28, 2024

II Dünya Müharibəsi tarixindən maraqlı faktlar

Hitler Almaniyası SSRİ ərazisinə daxil olduğu bir vaxtda bütün Avropanın iqtisadi gücünü özünə tabe etmişdi. Dəqiq desək, Almaniya 6,5 min sənaye müəssisəsinə yiyələnmişdi. Bu dövrdə Danimarka 1, Belçika 19, Fransa 44 gün, Norveç isə 2 ay müddətində müqavimət göstərə bilmişdi.

Müharibənin əvvəllərində faşist Almaniyasının hərbi-iqtisadi resursları SSRİ-nin sahib olduğu resursları iki dəfəyə qədər üstələyirdi. 1941-ci ildə cəbhələrdəki vəziyyət tarixdə yeganə olan yeni bir layihənin yaradılmasını tələb edirdi.

Bu zaman istehsalat prosesi dayandırılmadan zavodlar ölkənin ucqarlarına (Ural, Sibir) köçürüldü. Milyonlarla dəmir yolu vaqonları qısa müddət ərzində insan və cihazları müharibənin mərkəzindən uzaqlara daşıyırdı. Bu hərbi müəssisədə işləyənlərin 70 faizi qadınlar, qocalar və 12-13 yaşlı uşaqlar idi. İş rejimi isə belə idi: ayda bir dəfə istirahət rejimi və növbələr arası 3-4 saat istirahət.

1942-ci ildə SSRİ-nin istehsal etdiyi hərbi istehsalın həcmi artıq Almaniya istehsalat həcmi ilə müqayisə ediləcək həcmdə idi. Qeyd edək ki, bu zaman bütün Avropa Almaniya üçün işləyirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər