27 C
Baku
Saturday, July 27, 2024

II Elizabetin həyat yoldaşı vəfat edib

Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı Edinburq hersoqu Filipp rəhmətə gedib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bukenhem sarayı “Twitter”də açıqlama verib.

“Dərin kədərlə kraliça II Elizabet həyat yoldaşı Edinburq hersoqu Filippin ölümünü elan edib”, – deyə mesajda bildirilir.

Şahzadə Pilipp – Yunanıstan və Danimarka şahzadəsi Pilippin oğludur. O, 1939-cu ildə Kral donanmasının üzvü olub. 1947-ci ildə Filipp donanmadakı karyerasını davam etdirmək üçün Mauntbatten soyadını götürüb. Toydan sonra Edinburq hersoqu elan edilib.

Son xəbərlər
Digər xəbərlər