12 C
Baku
Wednesday, December 11, 2024

II Elizabetin iqamətgahı turistlərdən pul toplamağın yolunu tapıb

Böyük Britaniya kraliçası iqamətgahının kommunal xidmətləri binaya gedən yolun kənarında qum və palçıqla örtülüb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bu tədbir turistləri avtomobillərini Sandriqham sarayında pullu dayanacağında saxlamağa məcbur emtək üçün nəzərdə tutulub.

Qeyd edək ki, ölkədə pulsuz parkinq yerlərinin çoxu ya hasarlanıb, ya da qumla örtülüb. Ziyarətçilər avtomobillərini yalnız pullu dayanacaqda saxlaya bilərlər. Böyük Britaniyada bir avtomobilini saxlamaq 3.5-7 funt sterlinqə başa gəlir.

“Ziyarətçilər 100 il ərzində Sandriqham sarayını sərbəst şəkildə ziyarət edə bilirdilər, indi isə buna görə pul ödəməliyik. Bu iyrəncdir”, – deyə yerli sakinlərdən biri vurğulayıb.

Sandriqham sarayı Böyük Britaniya kraliçasına məxsusdur. O, qış mövsümündə orada qalır, eyni zamanda bu mülk kral ailəsinin digər üzvləri tərəfindən də istifadə olunur.

Daha əvvəl kral iqamətgahının atlı mühafizəçiləri Balmorda turistlərin II Elizabetin sarayı ərazisinə zibil atmasından şikayət edirdilər. Ziyarətçilər ərazidə plastik stəkan və qablar qoyub gedirdilər.

Son xəbərlər
Digər xəbərlər