24 C
Baku
Thursday, September 29, 2022

II Yelizaveta Böyük Britaniyanın Aİ-dan çıxması barədə qanunu təsdiq etdi

Böyük Britaniya kraliçası II Yelizaveta Brexit prosedurunun işə salınması haqqında qanun layihəsini təsdiq edib. Beləliklə, qanun rəsmi olaraq qüvvəyə mindi.

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, indi ölkənin baş naziri Tereza Mey Aİ tərkibindən çıxmaq ilə bağlı danışıqlara başlaya bilər. Qeyd edək ki, sənəd bazar ertəsi Britaniya parlamenti tərəfindən təsdiq edilmişdi. Mey istənilən vaxt Aİ-dan çıxmaq prosedurunu başlada bilər, lakin baş nazirin nümayəndəsi bildirib ki, çox güman ki, bu yaxın bir neçə gün ərzində baş verməyəcək. Böyük ehtimalla, bu prosesə mart ayının sonunda start veriləcək.

Böyük Britaniya bütün lazımi danışıqlar həyata keçirildikdən sonra, yəni iki ildən sonra Aİ tərkibindən tam olaraq çıxacaq.

Son xəbərlər
Oxşar xəbərlər