19 C
Baku
Friday, October 4, 2024

II Yelizaveta “Twitter” səhifəsini idarə edəcək mütəxəssis axtarır

Bukinhem sarayının nümayəndələri II Yelizaveta üçün ictimaiyyətlə əlaqələrə məsul mütəxəssisin axtarışı ilə bağlı elan veriblər.

“vladtime.ru” saytına istinadən məlumatına görə, onun vəzifəsi kraliçanın şəxsi “Twitter” səhifəsində məlumatların dərc edilməsindən ibarət olacaq.

Həmçinin Bukinhem sarayının gələcək əməkdaşı II Yelizavetanın “Facebook” və “Youtube” akkauntlarındakı şəxsi səhifələrə də nəzarət edəcək. Mütəxəssisdən bloqların düzgün aparılması, kraliçanın görüş və səfərləri ilə bağlı videoların dərc edilməsi tələb olunur.

Qeyd etmək lazımdır ki, vakant iş yeri ilə bağlı elan Böyük Britaniya kraliçasının rəsmi saytında dərc edilib. Mütəxəssisin illik maaşının 30 min funt olacağı deyilir.

Bir çox politoloqlar iddia edir ki, bu addım II Yelizavetaya olan marağın səviyyəsini artıracaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər