18 C
Baku
Saturday, October 12, 2024

III Çarlz Liz Trassın istefasını qəbul edib

Böyük Britaniya kralı III Çarlz ölkənin keçmiş Baş naziri Liz Trassın istefasını qəbul edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Xatırladaq ki, ötən həftə Liz Trass istefa verdiyini açıqlayıb. O, varisi seçilənə qədər qalacağını söyləyib. Keçmiş Baş nazir bu qərarını “böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik” dövründə vəzifəyə başlaması və mandatı yerinə yetirə bilməməsi ilə izah edib.

Qeyd edək ki, Liz Trass Baş nazir vəzifəsində cəmi 45 gün qalıb. Bundan öncəki antirekord 1827-ci ildə hakimiyyətinin 119-cu günündə vəfat edən Corc Kanninqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər