22 C
Baku
Friday, April 19, 2024

III Çarlz tacını oğluna təhvil verməyə hazırlaşır

Böyük Britaniya kralı III Çarlz tacını varisinə təhvil verməyə hazırlaşmaq prosesinə gözləniləndən tez başlayıb, bu barədə “Daily Mirror” yazıb.

Ölkənin kral ailəsi üzrə eksperti Tom Kevin qeyd edir ki, varislik planları III Çarlzın xərçəng xəstəliyindən əziyyət çəkməsi məlum olduqdan dərhal sonra hazırlanmağa başlayıb.

Kevin vurğulayır ki, kralın xəstəliyi aşkar edilməmişdən əvvəl varislik məsələləri daha on il ərzində müzakirə edilməməli idi. Bu, xəstəliyin şiddətli olduğuna işarə verir.

Çarlz III fevralın 5-də xərçəng diaqnozunu açıqladı. Xəstəlik 75 yaşlı monarxda prostat vəzi problemləri ilə bağlı müalicə prosedurları zamanı aşkarlanıb.

Son xəbərlər
Digər xəbərlər