12 C
Baku
Sunday, October 27, 2024

III Karl sentyabrın 10-da Britaniya kralı elan ediləcək

Sentyabrın 10-u, şənbə günü III Karl rəsmən Böyük Britaniyanın yeni kralı elan ediləcək. Bu barədə “BBC” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl mərasimin cümə günü, sentyabrın 9-da baş tutacağı gözlənilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“The Times” qəzetinin yazdığına görə, sentyabrın 9-da günortadan sonra III Karlın Böyük Britaniyanın baş naziri Liz Trassla ilk görüşü olacaq. Həmçinin həmin gün kralın II Elizabetin dəfn mərasiminə cavabdeh olacaq Norfolkun 18-ci hersoqu Edvard Fİtzalan-Hovardla görüşü nəzərdə tutulur.

III Karl hələ 3 yaşında Britaniya taxtının varisi olub. 73 yaşlı kral 70 ildir ki, taxt-tac uğrunda “növbə” gözləyir. Bu, Britaniya monarxiyasındakı ən uzun gözlənti sayılır.

Son xəbərlər
Digər xəbərlər