27 C
Baku
Saturday, July 27, 2024

III rübdə kapitalı azalmış bank mövqeyini gücləndirməyə qərar verdi

23 oktyabr 2017-ci il tarixində, “Muğanbank” ASC Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 10 mln AZN artırılması qərara alınıb. Banker.az maliyyə portalına bu barədə bankdan məlumat daxil olub.

Məlumata görə, yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 75 mln AZN-dən 85 mln AZN-ə çatdırılacaq. Bank bildirir ki, kapitallaşma bankın davamlı və səmərəli fəaliyyətini daha da genişləndirəcək.

Xatırladaq ki, “Muğanbank”  1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi var.

Məlumat üçün bildirək ki, “Muğanbank” cari ilin 3-cü rübünü 4,6 mln. manat zərərlə bitirməklə yanaşı, ilin ilk rübü ilə müqayisədə cəmi kapitalı azalaraq 58,66 mln manata düşüb.

Son xəbərlər
Digər xəbərlər