26 C
Baku
Tuesday, July 16, 2024

İrşad Electronics inzibati xəta “törədib”

“İrşad Electronics” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Solmaz Mustafayevadır.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“İrşad Electronics” 2000-ci ildə Bakıda yaradılıb, fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən regionlarda da şəbəkəsini genişləndirib. 2007-ci ilin sonunda “I&R Telecom” rebrendinq edərək “İrşad Telecom” adı altında fəaliyyətini davam etdirib.

2018-ci ildən şirkət məişət texnikası və elektronika məhsullarının satışını genişləndirdiyi üçün “İrşad Electronics” adı ilə, 2021-ci ildən etibarən isə məhsul kateqoriyalarının genişlənməsi ilə “İrşad” brendinə keçid edərək yeni korporativ stildə çıxış edir.

Son xəbərlər
Digər xəbərlər