iIT Distribution (iITD) kibertəhlükəsizlik və İT infrastrukturu sahəsində regional VAD (əlavə dəyərli distribyutor) kimi Azərbaycanda yerli ofisinin açıldığını elan edib. Bu addım şirkətin Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında mövcudluğunu daha da gücləndirməyə yönəlib.
Azərbaycan bazarında fəaliyyət iIT Distribution-un regional kibertəhlükəsizlik mühitinin formalaşdırılması, yerli inteqratorlarla əməkdaşlığın genişləndirilməsi və qlobal texnologiyaların bazarın real tələblərinə uyğun tətbiqi strategiyasının tərkib hissəsidir. Yerli ofis texniki dəstəyin gücləndirilməsinə, operativ kommunikasiyaya və tərəfdaş ekosisteminin inkişafına şərait yaradacaq.
Azərbaycan üzrə portfel və fəaliyyət istiqamətləri
iIT Distribution Azərbaycanda aparıcı beynəlxalq istehsalçıların həllərini təmsil edir. Bunlara CrowdStrike, Vectra AI, Cribl, Censys, Black Duck, GTB Technologies, Ping Identity və Labyrinth daxildir. Şirkət tərəfdaş şəbəkəsinin inkişafı, təlimlərin təşkili, texnologiyaların nümayişi və yerli kibertəhlükəsizlik layihələrinin dəstəklənməsi üzərində fokuslanacaq.
Ölkə üzrə İcraçı Direktor təyinatı
Azərbaycan ofisinə 10 ildən artıq ümumi İT təcrübəsinə sahib olan Elnur Xəlilzadə rəhbərlik edir. LinkedIn Onun texnoloji həllərin tətbiqi, İT sistemlərinin idarə olunması, kibertəhlükəsizlik və «channel-first» yanaşma ilə distribusiya sahəsində bilikləri şirkətin tərəfdaşlara dəstək vermək və yerli satış kanalını inkişaf etdirmək imkanlarını daha da gücləndirir. Elnur birmənalı strategiya yönümlü idarəetmə, qlobal vendorlarla əməkdaşlıq və layihələrin icrası üzrə zəngin təcrübəyə malikdir.
“iIT Distribution-un Azərbaycanda ofis açması bizim üçün mühüm addımdır. Məqsədimiz tərəfdaşlara daha yaxın olmaq, onların ehtiyaclarını daha dərindən anlamaq və həm dövlət, həm də biznes sektorunda kibertəhlükəsizliyi gücləndirən müasir texnologiyaların tətbiqinə dəstək göstərməkdir,” – deyə iIT Distribution Azerbaijan şirkətinin Ölkə üzrə Baş Direktor-u Elnur Xəlilzadə bildirib.
Şirkət haqqında
iIT Distribution (iITD) — kibertəhlükəsizlik və İT infrastrukturu üzrə regional VAD (əlavə dəyərli distribyutor) distribyutordur. Şirkət Mərkəzi və Şərq Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərir. iITD channel-first prinsipi ilə hər bir ölkədə yerli komandalar formalaşdırır və tərəfdaşları birbaşa dəstəkləyir.
Şirkət çevikliyi, sürətli qərarvermə mexanizmləri və hər bir məhsul üzrə güclü texniki ekspertizası ilə seçilir. iITD vendorlarla və inteqratorlarla sıx əməkdaşlıq edir, həlləri yerli tələblərə uyğunlaşdırır və bazarın inkişafına aktiv şəkildə investisiya yatırır.
Bu gün iIT Distribution tərəfdaşların müasir texnologiyaların tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində fəaliyyətini bütün region üzrə dəstəkləyir.
Daha ətraflı məlumat üçün: www.iitd.az









