Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İjavia” aviaşirkətinə Rusiyanın 9 şəhərindən Azərbaycana müntəzəm uçuşlar həyata keçirmək üçün icazə verib.
“Rosaviasiya”nın ötən gün qəbul etdiyi qərara əsasən, “İjavia” Həştərxan, Volqoqrad, Ulyanovsk, Saratov, Perm, Çelyabinsk, Orenburq, Rostov-na Donu və Nijni Novqoroddan Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.
Reyslər həftədə 2 dəfə yerinə yetiriləcək.