13 C
Baku
Friday, November 22, 2024

İKEA: ən məşhur avropalı biznesmenin tarixçəsi

İKEA mağazaları bir növ Wal-Martı xatırladırlar. Onlar da aşağı qiymətlərə müraciət edir, şəhər ətraflarında yerləşir və öz həcmləri ilə rəqiblərini əzirlər. Cəmiyyət Wall-Martı sevmir. İKEA-ya qarşı insanlar daha zərif yanaşırlar,lakin hər zaman bu isveç şəbəkədə satılan mebelin yüksək keyfiyyət ilə fərqlənmədiyini qeyd edirlər. Amma İKEA növbəti avropa ölkəsində qapılarını açan kimi insanlar İnqvard Kampraddan mebel əldə etməyə tələsirlər. Onlar mebellərdən xoşları gəlmədiyini qışqırırlar, lakin müqavimət göstərə bilmirlər. Nə qarşısında?

Ən ədalətli cavab-aşağı qiymətlərin qarşısında olardı. Lakin məsələ yalnız bunda deyil. İKEA da həmçinin gözəl bir atmosfer mövcuddur. Avropa atmosferi bir çox cəhəddən məhz ”Köhnə Dünya”nın şirkətin gəlirinin böyük bir hissəsini təmin etməsi faktını izah edir. Bundan başqa, əgər keyfiyyətdən söz düşübsə, onda qeyd etmək lazımdır ki, İnqvard Kampradın mebeli çox yaxşıdır…onun problemi yalnız kifayət qədər bir-birinə oxşamaqdadır. İnsanları məhz bu qıcıqlandırır. Lakin, bu bir o qədər də önəmli deyil, bütün orta təbəqə məhz İKEA-dan mebel almağa gedir. Onun haqqında nə düşündüyündən asılı olmayaraq, şirkətin tarixçəsi uzaq 1926-ci ildən, İnqvard Kampradın dünyaya gəlməsində başlayır.

Doğulması

İnqvar kiçik isveç şəhəri Elmxultda anadan olub. Onun irqindən olan insanlar, bir o qədər də uğurlu olmasalar da o, artıq iş adamları olmuşdu. Babası ilə nənəsi ticarət ilə məşqul idilər. Böyük kredit borclarının nəticəsində bu ticarət babasının intihar etməsinə səbəb olur. İnqvarın özü isə artıq kiçik yaşlarından məhsul-pul münasibətlərinə maraq göstərirdi. Təxminən 5 yaşlarında İKEA-nın təsisçisi kibrit satırdı. Məktəbli yaşlarında o ya balıq sataraq,ya tum,ya moruq və hətta milad açıqçaları sataraq özünü bir neçə sahədə sınamışdır. Çox güman ki, elə bu onun əsl məktəbi olub. Çünki İnqvar Kampradın ali təhsili yoxdur. O,biznes üzrə təhsil almayıb,acgözlüklə hər hansı bir biznes-ədəbiyyatını oxumayıb. Bütün bilikləri şəxsi təcrübəsinə və diqqətliyinə əsaslanırdı.

Nə qədər təəccüblü olsa da, 1943-ci ildə isveçin ilk və əsas şirkəti qələm ticarəti ilə məşqul olan-İKEA yaradılır. Mebel işinə hələ 5 il var idi, o vaxta qədər isə İnqvar Fransadan qələmlərin idxalı ilə məşqul idi. Şirkəti təchizatçının iş münasibətlərinin davam etdirilməsi üçün bunu tələb etməsinə əsasən yaradır. 17 yaşlı isveç o zaman pulun olmaması və yaşının kiçik olması səbəblərindən şirkəti qeydiyyatdan keçirdə bilməzdi. Ona görə də məsələyə İnqvarın atası cəlb olunur.

İKEA-nın adi, əlbəttə ki, abbreviaturadır. İlk iki hərf Kampradın özünün inisiallarıdır, üçüncü hərf İnqvarın atasının şirkətinin adındandır(bəli,babasının intiharından sonra ailə işi ölmür), və dördüncu-gənc isveçin daxil olduğu kilisənin adındandır.

Beləliklə, 1943-ci ildə İKEA şirkəti əsaslandı. Satışlar böyük sürətlə yüksəlməyə başladı və artıq iki ildən sonra Kamprad yerli qazetlərdə elan verməyə başlamışdı.

kungens kurva

İmkanlar axtarışında

40-cı illərin axırlarında İnqvar Kamprad öz diqqətini yerli həyatın maraqlı bir tərəfinə yönəldir -İsveçdə mebel yetərincə baha idi və buna görə də bir çoxları üçün dəbdəbə göstəricisi olmasa da,böyük bir alış-veriş idi. O,İKEA-nı mebel mağazasına çevirmək ilə bunu düzəltmək qərarına gəlir. Başlanğıç üçün gələcək milyarder ölkədə ən sadə(ucuz) mebeli haradan əldə etməyin mümkün olduğunu araşdırır. İKEA ən ucuz stullar, qəhvəxanalar və masalar əldə etməyə başlayır. Həmçinin hər bir əşyaya Kamprad adlar verirdi. O vaxt bu yenilik idi. Belə üsul İKEA-ya bir növ öz mebelini rəqiblərinin fonunda seçilməsinə imkan yaratdı. Bundan savayı ictimaiyyat ucuz mebel mağazası haqqında xəbərləri sürətlə yaymağa başladı.

Satışların həcmi yaxşı olduğu üçün İnqvar şəxsi zavodunu açmaq üçün yetərincə nağd pul əldə edir. Və 1951-ci ildə o, İsveçdə kiçik bir zavod alır və orada daha da ucuz mebel istehsal etməyə başlayır. İKEA ilə qiymət müharibəsinə girişmək praktiki faydasız olmağa başlayır və buna görə də mebel satıcıların milli assosiasiyası yerli təchiztçılara, həmçinin İKEA ilə çalışanlara da, təzyiq göstərməyə başlayırlar.

Bu Kamprad üçün böyük bir zərbə ola bilərdi. Onun yerində başqası olsaydı bəlkə də bu tarixçə bu qədər kədərli sonluqla bitərdi. Lakin İnqvar üçün (hər hansı bir uğurlu biznesmen üçün olduğu kimi) hər hansı bir böyük problem yeni imkanlar axtarmaq və inkişaf etmək üçün bir səbəbdir. Problemlərin biznesə müsbət təsir edə biləcəyinə inanmırsınz? Təchizatçıların bu rədd cavabı İKEA-nın bütün dünyada nəhəng mebel istehsalatçısına çevrilməsinə gətirib çıxartdı.

Öz ölkəsində işlərin belə bir mövqesindən məyus olan İnqvar mebel hissələrinin böyük bir hissəsini Polşadan almağa başlayır. Belə üsulun üstün cəhədlərindən biri də hissələrin nəql edilməsi məcburiyyətinə olmağına baxmayaraq xərclərin azadılması olur.

Yeri gəlmişkən, nəqliyyatdan danışaq. Kampramadın xərclərin minimuma endirilməsinə və qiymətlərin azaldılmasına yönəldilmiş növbəti addımı isveçin mebelin çatdırılmasından imtina etməsi olur. Artıq bütün mebel alıcının səyi sayəsində çatdırılırdı. Lakin,təbii ki,bunun üçün şirkət öz məhsulunu yığcam edərək onu tamamilə dəyişməli olur. Həmçinin İKEA mebellərinin yığılması hər zaman son dərəcə asanlığı ilə fərqlənib. Hətta uşaq belə təlimata əsasən bundan baş çıxarda bilərdi.

Uğur amillərindən biri olan müşahidə və yaxud nə üçün İnqvar Kampald öz müştərilərini hər kəsdən yaxşı tanıyır.

img 240811 082 onl 2134145a

Belə bir ideyaya İnqvar Kampald öz xarakterinin ən güclü xüsusiyyətlərindən biri olan-müşahidəyə meyillilik sayəsində gəlib çıxır. Əfsanəyə görə, isveç şirkətin damaçılarınadan birinin avtomibilinin gövdəsinə öz işlək masasını necə yığdığını görür. Bu andan etibarən, İKEA-nın təsisçisi mebelin çatdırılma problemini necə həll edəcəyini dəqiq bilirdi. Ümumiyyətlə, müşahidə Kampradın xarakterinin ən güclü xüsusiyyətlərindən biridir. İKEA-nın istifadə etdiyi bir çox ideyaları İnqvarın küçədə nə isə eşitdikdən sonra və yaxud mağazanın özündə gördükdən sonra tətbiq edilib. Burada Kampradın özündə bu cür müşahidənin necə inkişaf etdirməsi barəsində danışmağa dəyər.

İKEA-nın təsisçisi planetin ən xəsis adamı olduğun hesab edilir. Kamprad taksi əvəzinə ictimai nəqliyyatdan istifadə etməyə, ucuz olan bərbərxanalarda təraş olmağa, xaricdə olanda bahalı olmayan üçulduzlu mehmanxanalarda və bahalı restoranlar əvəzinə kiçik kafelərdə qidalanmaya çalışır.

Belə görünə bilər ki, var-dövləti 18 milyard dollar qiymətləndirilən bu insan dünyanın ən xəsis insanıdır İKEA-orta təbəqə üçün nəzərdə tutulmuş mağazadır. Bütün həyatı boyu o, öz şəbəkələrinin işini yaxşılaşdırılması üçün yeni yollar axtarırdı. Təbii ki, bunun üçün o öz müştərilərini yaxşı tanımalı idi. Bəs əgər o dəbdəbə içində yaşasaydı, orta təbəqənin təlablarını necə bilə bilərdi? Nəhayət, hətta o,özü bir zaman qeyd etdi ki,ictimai nəqliyyatdan alıcılarına yaxın olmaq üçün istifadə edir. Bəlkə də belə gəzintilərdən İnqvar İKEA üçün çox ideya götürüb. Bundan savayı, Kamprad əməkdaşlarından fərqlənməmək üçün belə həyat tərzinə üstünlük verir. Və bu şirkətdə xoş ruh yüksəkliyini dəstəkləyir.

Dünyanı zəpt etmək

Beləliklə,1947-ci ildə İKEA mebel ticarətinə başlayır. Artıq 4 ildən sonra, bu gün əfsanəvi olmuş, şirkətin məhsullları çap edilmiş ilk kataloq dərc edilir. Artıq o vaxt o İsveçin poçt qutularına dağıdılmağa başlanılır. Əlbətdə ki, qiymətlər enə bilər, lakin kataloqda göstərilmiş məhsular istifadəçiləri çaşdırmamaq üçün heç bir zaman daha baha ola bilməzlər.

1952-ci ildə hər il Stokqolmda keçirilən yarmarkada İnqvard Kamprad ilk dəfə çox ucuz qiymətlərə mebel nümayiş etdirdi. Ölkə təəcüb içində idi. Lakin bu yalnız başlanğıc idi. Şirkətin tarixçəsində önəmli dönəm Kampramadın ABŞ-i ziyarət etməsi olur. Orada o şəhər ətraflarında yerləşən məşhur Cash & Carry mağazaları ilə tanış olur. Əfsanəvi isveç məhz, buna oxşar inkişaf sistemini seçir. O nəqliyyatın gələcəyinin avtomobillərdə olduğunu düşünür və buna görə də ucuz qiymətə mebel əldə etmək üçün insanlara şəhər ətrafına getmək çətin olmayacağını hesab edir. Və mağazalar böyük anbar şəklində tikiləcəklər. Təbii ki, onlar məsləhətçilərin istifadə edilməsi və özünəxidmət sistemi əsasında işləyəcəklər. İKEA ticari salonları ilk Stokqolmda və daha sonra Kampramadın doğma şəhərində açılmışlardırlar.

Ikea.main%20story

Qeyd etmək lazımdır ki, İnqvar Kampradın əsas xüsusiyyətlərindən biri də müştərilərin həyatını asanlaşdıracaq xidmətlərə diqqət ayırması idi. Beləliklə, 50-ci illərdə İKEA-da müştərilərin böyük mebel anbar-mağazanı gəzəcəkləri zaman öz iştahlarını yatırmaq üçün kiçik kafelər açılır. Bu çox müdrik bir qərar idi. Nəzərə alsaq ki, İKEA-nın mağazaları şəhər ətrafında yerləşirdilər, bu mağaza şəbəkələrinə gəlmək üçün böyük məsafə qət edən bir qrup istehlakçılar mövcud idi. Mağazalarda kafelərin mövcudluğu əlbəttə ki, onlara yorğunluqlarını atmağa kömək edirdi.

1963-ci ildə İKEA öz ekspansiyasını Norveçdən başlayaraq xarici bazara çıxır. Bundan savayı, 60-ci illərdə şirkətin mağazalarında keyfiyyətin yoxlanılması sistemi təqdim edilir. Bir sıra etibarlı jurnallar təqdim edilmiş sistemin əsasında şirkətin bəzi məhsullarını İsveçdə ən keyfiyyətli seçmişdirlər. Qısa bir zamandan sonra İsveçrədə İKEA-nın ilk mağazası açılır. İnqvar Kamprad artıq Skandinaviyanın sərhədlərini aşdı.

İstehsal prosesi

Lakin İKEA-nın ucuz qiymətlərə belə asanlıqla nail olmasını düşünmək lazım deyil. Şirkətin müvəfəqiyyətinin açarı dizayn və istehsal şöbələrinin əməkdaşlığının çox düzgün şəkildə təşkil olunmasındadır. Hər ikisi bir-birindən asılıdır. Birgə iş sayəsində onlar əvvəlcədən məhsulun inkişafını çətinləşdirəcək və yaxud qiymətin qalxmasına səbəb olacaq bütün qeyri-məqbul variantları dəff edirlər.

Artıq yeni məhsulların planlaması mərhələsində şirkət yeni məhsula nə qədər vəsait ayıra biləcəklərini və onu necə qənayət edə biləcəklərini təyin edir.Sem Uolton kimi Kamprad da həyatı boyu xərcləri azaltmağa çalışıb.Bu da onda çox yaxşı alınır.

Nəzərə almaq lalımdır ki, öz qiymətlərini İKEA gələcək müştərilərə əsasən uyğunlaşdırır. İKEA da qiymətləri orta statistik avropa ailəsinə görə təyin edirlər. Şirkətdə bir neçə tədqiqatlar əsasında belə ailənin hər hansı bir məhsula nə qədər pul ayıra bələcəyi hesablanır və buna uyğun olaraq məhsulun inkişafı planlaşdırılır.

Şirkətin müvəfəqiyyətinin səbəbi nədədir? İsveç istehsalçısı necə dünyanı işğal edə bildi? İlk növbədə buna şirkətin ucuz qiymətlər strategiyasından çıxış etməsi səbəb olur. Şirkət orta təbəqənin gözləntilərini doğrultdu. İnqvar Kamprad əbəs yerə milyarderə xas olmayan həyat tərzini seçmir. Bunun sayəsində o,bütün həyat boyu bu təbəqənin insanlarının nə istədiklərini bilirdi. Və İKEA onların ehtiyyaclarını ödəyirdi. Ucuz,funksional,olduqca dözümlü,seçilən mebel. İKEA bax budur.

IKEA Playin With My Friends

Nəhayət Kamprad şəhər ətraflarında yerləşən amerikan Cash & Carry mağazalarının üslubunu seçən ilk avropalılardan idi. Bu vəziyyətdə o,avtomobil sahiblərinin ucuz mebel əldə etmək üçün şəhər ətrafına gələcəklərini öncədən bildiyi üçün özünü əsl uzaqgörən kimi aparır.

Nəhayət, İKEA təqribən yerli əhalinin tələblərinə cavab veəcək əlavə xidmətlər ilə zənginləşirdi. Məsələn,uzun yoldan sonra isanların özlərinə gəlməsinə kömək edən kafelər, və yaxud Kopenhagendə mebelin çatdırılması üçün xüsusi velosipedlərin icarəyə verilməsi.

Hal-hazırda şirkəti İnqvarın oğulları idarə edirlər. Yaşlı milyarderin özü isə məzuniyyətdədir. Amma bu onun şirkətə heç bir təsiri olmadığını göstərmir. Çox güman ki, o hələ də İKEA-nın fəaliyyətinə təsir göstərəcək təkliflər edir.

Etməsə belə,o məzuniyyətə layiqdir.

Son xəbərlər
Digər xəbərlər