18 C
Baku
Wednesday, April 17, 2024

IKEA ABŞ-da 4.5 min hektar meşəni alıb

Dünyanın ən böyük mebel şirkəti İsveçin “IKEA” şirkəti bənzərsiz ekosistemi qorumaq, buradakı qaynaqların inşaat və sənaye istifadəsini qarşısını almaq üçün ABŞ-ın Corciya ştatı ərazisində 11 840 akr (4 450 hektar) meşəlik ərazini satın alıb.

Şirkət Altamaha çayı hövzəsində torpaq alıb.

Şirkət işlərini məsuliyyətlə görməyə çalışdığını və istehsalda istifadə olunandan daha çox ağac əkilməsinə ehtiyac olduğunu bildirib.

IKEA ərazini ətraf mühit təşkilatından alıb və meşəlik ərazidə 350-dən çox bitki və heyvan növü mövcuddur. Meşədə nəsli kəsilməkdə olan qofer tısbağası və bataqlıq şam ağacı da var.

Son xəbərlər
Digər xəbərlər