IKEA-da hər yeni məhsul yaradılarkən ilk öncə qiymət, bundan sonra dizayn müəyyən edilir. Divan və ya saatların dəyəri hələ onlar layihələşdirilməmişdən qabaq məlum olur.
Şirkətin İsveç mənşəli olması hər bir məqamda özünü göstərir. Qəfəsələrdəki kitablar İsveç dilindədir, eləcə də mağazalarda İsveç dilində olan plakat və təqvimlərə rast gəlmək olar. Dünyanın hər yerində olan İKEA mağazaları İsveçin milli bayram günlərində endirimlər təqdim edirlər. Eləcə də, kafelərdə təqdim olunan İsveç menyusu Skandinaviya mətbəxi (mərsindən hazırlanmış cemli ətli küftələr) ilə tanış olmayan insanların bəzən təəccübünə səbəb olur. İKEA demək olar ki, bütün ölkələrdə İsveçin səfirliyi qismində çıxış edir.
Şirkətin daha bir qeyri-adiliyi ekologiyadır. IKEA-nın saytında şirkətin ekolojiliyini təsdiq edən məqalə və sənədlər üçün ayrılmış xüsusi bir bölmə var. Təbii komponentlər, ekoloji qablaşdırma, hamar tara, istifadə olunmuş batareyaların qəbul məntəqələri, eləcə də müxtəlif “yaşıl” fişkalar onların təbiətin qeydinə necə qaldıqlarını göstərir.
Məhsulların adı xüsusi proqram vasitəsilə generasiya edilir və heç bir məna çalarına malik deyillər. İKEA-nın bütün mağazalarında ana və uşaqlar üçün uşağı bələmək və yedizdirmək ayrıca otaq var. Eləcə də daha böyük yaşlı uşaqları qoya biləcəyiniz uşaq otaqları da mövcuddur.
Şirkət yalnız hər xırdalığına qədər İKEA-nın keyfiyyət standartlarına əməl edən tədarükçülərlə əməkdaşlıq edir. İKEA məhsullarının qiyməti 2008-ci ildən heç bir dəyişikliyə məruz qalmayıb.
İsveç giqantının mağazaları yalnız şəhərətrafı hipermarketlərdə mövcud olur – şirkətdə kirayə haqqı ilə bağlı məhdudiyyətlər var. Başqa sözlə, IKEA şəhərdən kənar yerləşərək kirayə haqqına qənaət edir və bununla da qiymətləri aşağı saxlaya bilir.
İKEA-nın regional nümayəndələri və menecerləri bahalı maşın ala və biznes-klass ilə uça bilməzlər. Şirkətin təsisçisi və milyarder İnqvar Kampradın özü iyirmi illik “Volvo” sürür.
Yumşaq və çevik marketinq siyasətinə baxmayaraq, şirkət korporativ mədəniyyət planında çox sərt qaydaları ilə seçilir. İKEA-da korporativ qaydalar yığını vardır: məsələn, menecer öz işçilərinin elektron poçtunu yoxlamaq səlahiyyətinə malikdir. Bəli, İKEA Zappos deyil.
İKEA anbar logistikası olan ilk mebel mağazası idi – bu vaxta qədər heç kim bu metodu tətbiq etməmişdi. Bütün məsələ ondadır ki, İKEA mağazasının açıldığı ilk gün müştəri axını o qədər böyük idi ki, Kamprad anbarın qapılarını açmağı və alıcılara istədiyi hər şeyi götürməyə icazə verməyi əmr etmişdi. Bu belə bir yanaşma qısa müddətdə İKEA modeli adlandı.
Karandaş, kağız ruletkalar və bloknot paylamaq ilk olaraq hiyləgər isveçlilərin ağlına gəlib. Deyirlər ki, belə bir addım mağazanın gəlirlərini 7% artırmağa kömək etmişdir.
İKEA ilə işləməmiş və ya əməkdaşlıq etməmiş şirkətlər bilirlər ki, İsveç giqantı belə şirkətlərin suyunu çıxarmağı yaxşı bacarır. Şirkətin şüarı belədir: alıcılara mülayim, tədarükçülərə isə amansız münasibət.
Şayiələr gəzir ki, məlum olmayan daha bir qayda var: IKEA ilə işlədiyiniz ilk iki il ərzində gəlirlər İKEA-da qalmalıdır.
Yəqin ki, çoxlarınız hiss etmisiniz ki, mağazalar labirint formasında tərtib olunur – girişdən çıxışa yalnız bütün bölmələrdən keçən bir yol vardır. Belə bir labirint də İKEA-ın ixtirasıdır.
Alıcılara istədikləri hər şeyi etməyə icazə verilir. Siz interyerdəki predmetin yerini dəyişə, yumşaq ayı oyuncaqlardan piramida düzəldə, hətta divanda yata da bilərsiniz, sizi nə qovan, nə də oyadan olacaq.