3 C
Baku
Saturday, December 14, 2024

IKEA-nın pərakəndə satışları azalıb

IKEA-nın pərakəndə satışları avqustun 31-də başa çatan 2020-ci maliyyə ilində 4% azalaraq 35,2 mlrd. avro təşkil edib.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, COVID-19 pandemiyası ilə əlaqədar iqtisadi çətinliklərə və ictimai səhiyyə sahəsində problemlərə baxmayaraq, 2020-ci ildə IKEA-nın pərakəndə satışları 35,2 mlrd. avro (2019-cu ildə 36,7 mlrd. avro) təşkil edib.

Bundan başqa, şirkət məhdudlaşdırıcı tədbirlər səbəbindən dünya üzrə IKEA mağazalarının 75%-ni bağlamaq məcburiyyətində olduğunu da xatırlayıb.

Hesabat ilində məhdudlaşdırıcı tədbirlər sayəsində onlayn satışlar 60% artıb. Onlyan satışlar ümumi satışların 18%-ni təşkil edib. IKEA mağazalarına müştərilərin ziyarəti 15,8% azalaraq 706 milyona enib.

Xatırladaq ki, 1943-cü ildə təsis olunan IKEA dünyanın ən böyük mebel və ev əşyalarının pərakəndə satışı şəbəkəsidir. Baş ofisi Delft şəhərində (Niderland) yerləşən şirkət dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər